Sentyabrın 3-də saat 15.30 radələrində Xocavənd rayonunun "Nərgiz-təpə" adlanan ərazisində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Neftçala rayon sakini Əli Mirzəyev "MTZ-1221" markalı traktorla topraq sahəsini şumlayarkən minaya düşüb.
Baş verən partlayışdan xəsarət alan Ə.Mirzəyev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Baş verən partlayışdan xəsarət alan Ə.Mirzəyev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS




Şərhlər