Azərbaycanda Universitetdə yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonunda Azərbaycan Universitetinin yeddimərtəbəli binasının ümumi sahəsi 3000 kvadratmetr olan olan mansardasının yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb.
Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
Azərbaycan Universitetində yanğın baş verib
Xəsarət alan olmayıb




Şərhlər