Hadisə

Azərbaycan Ordusunda insident baş verib

Əsgər ehtiyatsızlıqdan hərbçi yoldaşını güllələyib.

· Xəbərçi
Azərbaycan Ordusunda insident baş verib
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını avtomat silahla vurub. Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

19 yaşlı İlkin Abdullayevin avtomat silahdan açdığı atəş nəticəsində, əsgər 19 yaşlı Araz Eminli ayağından yaralanıb. Yaralı hospitala yerləşdirilib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər