AZEL-ə hücum edən dəstə tutulub
10 İyul 2010 Şənbə 12:25
Naməlum şəxslər şirkət mühafizəçisinə hədə-qorxu gələrək əl-qolunu bağlayıblar.
Bakıda şirkətin seyfini oğurlayan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 2007-ci ilin may ayının 11-də naməlum şəxslər Füzuli küçəsində yerləşən AZEL Azərbaycan Elektroniks şirkətinə daxil olaraq orada mühafizəçi işləyən İslam Mahmudova hədə qorxu gəlməklə, onun əl-qolunu kəndirlə bağlayaraq mühasibat otağından kiçik seyfi aparıblar. Baş Cinayət Axtarış İdarəsinin, Nəsimi Rayon Polis İdarəsinin və 22-ci polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluq etmiş şəxslər əvvəllər məhkum olunan, Müseyib Cəfərov, Xəqani Əhədov və Çingiz Mehrəliyev iyulun 9-da tutulublar.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar