Qubada polis əməkdaşının vurulması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Rəhim Süleymanov "Hyundai-Sonata" markalı avtomaşını idarə edərkən avtoxuliqanlıq hərəkətləri edib. Bundan sonra o, həmin ərazidə xidmət aparan Quba rayon polis şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis serjantı Elnur Süleymanovun qanuni tələbinə tabe olmayaraq avtomaşınla onu vurub.
Nəticədə xəsarət alan E.Süleymanov xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evinə buraxılıb.
Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanov tutulub.
Avtoxuliqan polis əməkdaşını vurdu
Rayon sakini polisin qanuni tələbinə tabe olmayıb




Şərhlər