Astarada meşədə yanğın baş verib
15 Avqust 2010 Bazar 13:45
Yanğın kənd sakininin ehtiyatsızlığı üzündən baş verib.
Astarada dünən gecə saatlarında meşədə yanğın baş verib. Verilən məlumata görə, yanğın bir kənd sakininin ehtiyatsızlığı üzündən baş verib. Əliyar Kişiyevin pay torpaqlarında qaladığı ocaq sonradan yanğına səbəb olub. Yanğın qısa müddətdə meşə massivinə keçib. Yüksək dağlıq ərazıdə texnikanın hərəkəti məhdud olduğundan yanğının söndürülməsində ancaq sakinlərin əl əməyindən istifadə edilib.

Hamuşam kənd bələdiyyəsinin sədri Bəxtiyar Cəbiyev deyib ki, yanan sahə və meşə massivi bələdiyyə ərazisidir. Axşam saatlarında yanğının qarşısını almaq mümkün olmadığından bu iş səhərə qədər davam etdirilib. Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynovun verdiyi məlumatda isə deyilir ki, 2,5 ha sahə yanğından ziyan çəkib və səhər saat 6 radələrində yanğının qarşısı alınıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar