Xərər dənizinin Astara rayonu ərazisində iki bacı suda boğularaq ölüb. Bu barədə ANS PRESS-ə rayon polis şöbəsindən məlumat verilib.
Məlumata görə, rayonun Maşxan kənd sakinləri 20 yaşlı Ağgül Eldar qızı Kərimova və onun 18 yaşlı baçısı Aytən iyulun 23-ü axşam radələrində dənizdə çimərkən boğulublar.
Hazırda onların batma ehtimalı olan ətraf ərazilərdə axtarış aparılır. ANSPRESS
Astarada iki bacı suda boğuldu
Astarada iki bacı suda boğuldu. Onların meyitləri axtarılır.




Şərhlər