Ələt-Astara yolunun 59-cu km-də, Salyan rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ələt istiqamətində hərəkət edən Salyan rayonunun Şorsulu kənd sakini, 44 yaşlı Yunusov Şahin Nadir oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşını yol kənarəndakı dəmir barmaqlıqlara çırpılaraq dərinliyi 4-5 metr olan Akkuşa çayına düşüb.
Sürücü Şahin Yunusov avtomobildən çıxaraq sağ qurtulsa da, onun həyat yoldaşı, 41 yaşlı Sevinc Fazil qızı Yunusova və 5 yaşlı qızı Şəms Yunusovanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn FHN-nin Muğan regional şöbəsinnin əməkdaşları kranla maşını sudan çıxarsalar da, artıq Sevinc və Şəms Yunusovalar suda boğularaq ölmüş olub. ANSPRESS
Ani səhv baha başa gəldi
Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.




Şərhlər