Hadisə

Ağdaşda yanacaqdoldurma məntəqəsinə basqın olub

İki nəfərə hədə-qorxu gələn dörd nədər kassadan 600 manat pul aparıb.

· Xəbərçi
Ağdaşda yanacaqdoldurma məntəqəsinə basqın olub
Bu gecə Bakı-Qazax yolunun Ağdaş rayonunun Əmirarx kəndindən keçən hissəsində yerləşən “Rodan” yanacaqdoldurma məntəqəsinə basqın olub. Bu barədə ANS PRESS-ə Ağdaş Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, gecə saat 04.00 radələrində 4 nəfər əli bıçaqlı naməlum şəxs “VAZ-2107” markalı avtomaşınla məntəqəyə gələrək oranın mühafizəçisi və operator-kassirinə hədə qorxu gəliblər. Onlar kassada olan 600 manatı götürərək məntəqədən uzaqlaşıblar.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər