Ağdaş rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qulbəndə kənd sakini Cavid Qocayev həmyerlisi 29 yaşlı Azad Məmmədov tərəfindən qətlə yetirilib.
Mərhumun meyiti noyabrın 5-də saat 23:00 radələrində şəhər yaxınlığında aşkarlanıb. Hadisə yerinə gələn prokurorluq əməkdaşları tərəfindən meyitin üzərində bıçaq xəsarətlərinə oxşar yaralar müəyyən olunub.
Keçirilən tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədov saxlanılaraq istintaq orqanına təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS
Ağdaşda qətl hadisəsi baş verib
Hadisədə şübhəli bilinən Azad Məmmədov saxlanılıb.




Şərhlər