Ağdaşda qadını qətlə yetirib kanala atdılar
08 İyul 2010 Cümə Axşamı 02:25
Ailə həyatı qurmayan 51 yaşlı qadının qətlinin səbəbləri məlum deyil.
Ağdaş rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 51 yaşlı Minbirgül Məmmədova boğularaq qətlə yetirilib və su kanalına atılıb. Mərhumun meyiti ötən axşam Şoranyumaq su kanalının Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri, boğaz nahiyəsində boğulma izləri olub.

Ailə həyatı qurmayan M.Məmmədovanın kim tərəfindən və nə vaxt öldürülməsi məlum deyil.

Faktyla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, axtarı tədbirləri həyat keçrilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar