Hadisə

Ağdamda bədbəxt hadisə

Yaralı xəstəxanada keçinib

· Xəbərçi
Ağdamda bədbəxt hadisə
Azərbaycanın Ağdam rayonunda bədbəxt hadisə baş verib. Rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 20.00 radələrində rayonun Ergi düzü adlanan ərazisində baş verib.

28 yaşlı Zülfüqar Məmmədov ov ovlayarkən ehtiyatsızlıqdan açdığı atəş nəticəsində dostu, 32 yaşlı Arif Mustafayevi qarın nahiyəsindən güllələyib. Yaralı Ağdam rayon xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı AR CM-nin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər