Hadisə

Ağdamda həyətdən mina tapılıb

Mina yerindəcə partladılaraq zərərsizləşdirilib.

· Xəbərçi
Ağdamda həyətdən mina tapılıb
Ağdamın cəbhə xəttindəki Çəmənli kəndində həyətlərdən birində partlamamış döyüş sursatı aşkar edilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, sursat Muğan Hüseynov adlı kənd sakininin həyətində tapılıb. Ev sahibi bildirib ki, mərmi həyətə 1-ci Qarabağ müharibəsi zamanı düşüb.

Ev sahibinin müraciətinə əsasən tapşırıq alan Ərazilərin minalardan təmizlənməsi üzrə milli agentliyin (ANAMA) əməkdaşları həyətə baxış keçirib və burada 1 ədəd 122 kalibrli tank mərmisi aşkar ediblər. Döyüş sursatını götürmək təhlükəli olduğundan o yerindəcə partladılaraq zərərsizləşdirilib. Əməliyyatdan əvvəl Ağdam rayon polis şöbəsinin əməkdaşları da ərazidə təhlükəsizlik tədbirləri görüb. ANSPRESS

Şərhlər