Abşeron rayonunda yaşayış evi partlayıb. Bu barədə Abşeron rayon Polis Şöbəsindən verilən məlumata əsasən hadisə bu gün səhər rayonun Müşfiq qəsəbəsi, ev 3, mənzil 26-da qeydə alınıb. Təbii qaz sızmasının səbəb olduğu partlayış nəticəsində ev dağılıb. Həmin evdə yaşayan, 44 yaşlı Kəmalə Kazımova xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda yaşayış evində partlayış
Ev dağılıb, sahibəsi isə xəsarət alıb




Şərhlər