Hadisə

ABŞ-ın dövlət müəssisələrində iki partlayış

Partlayışlar nəticəsində bir nəfərdən altı nəfərədək yaralının olduğu bildirilir

· Xəbərçi
ABŞ-ın dövlət müəssisələrində iki partlayış
ABŞ-ın Merilend ştatındakı iki inzibati binada partlayış baş verib. Müxtəlif məlumatlara görə, partlayışlar nəticəsində bir nəfərdən altı nəfərədək xəsarət alan var. Bu barədə məlumatı “Reuters” agentliyi yerli KİV-ə istinadən yayıb.

WTOP radiostansiyasının məlumatına görə, partlayıcılar qutuya yerləşdirilibö İlk partlayış Hanover şəhərində Meriland ştatının nəqliyyat departamentinin binasında olub. Bundan yarım saat sonra ştatın Dövlət Departamentinin Annapolis şəhərindəki binasında ikinci partlayış baş verib.

Rəsmi orqanlar partlayışlar zamanı xəsarət alanlar barədə heç bir məlumat verməyib. İnsidentin digər təfərrüatları hələlik məlum deyil.

Şərhlər