64 yaşlı qadın nəyə görə qətlə yetirilib?
14 Dekabr 2009 Bazar Ertəsi 14:05
Xalidə Adıgözəlova qarət məqsədilə öldürülüb
Abşeron rayonunda 64 yaşlı qadının qətli ilə bağlı saxlanılan şəxsin kimliyi məlum olub.
Abşeron rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Xalidə Adıgözəlovanı Sumqayıt şəhər sakini, 17 yaşlı Rüfət Kazımov balta və bıçaqla qətlə yetirib. O, istintaqa ilkin ifadəsində qətli qarət məqsədilə törətdiyini etiraf edib.

Qeyd edək ki, Xalidə Adıgözəlova dekabrın 11-də küt alətlə qətlə yetirilib. Onun meyidi Novxanı qəsəbəsində kürəkəni Aqil Ələkbərova məxsus bağ evindən tapılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar