6 adda dondurma məhv edildi
25 İyun 2010 Cümə 12:25
“Camal” LTD şirkəti 3.4 ton dondurmanın məhv edilməsi barədə məcburi göstəriş alıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan “Bakılı qız”, “Oskar”, “Joker”, “Don Maximus”, “İceland”, “Çiyələkli” adlı 3,4 ton dondurmanın məhv edilməsi barədə “Camal” LTD şirkətinə icrası məcburi göstəriş verilib.
Göstərişin icrası ilə əlaqədar, müəssisənin anbarında satışı dayandırılmış 3,4 ton dondurma qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.
Qeyd edək ki, Dövlət Xidməti tərəfindən “Camal” LTD şirkəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: