51 yaşlı Qəbələ sakini intihar edib
    26 Noyabr 2010 Cümə 11:10
    Hadisənin səbəbi araşdırılır
    
                	 
    
         Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 51 yaşlı Qəbələ rayon sakini Məmmədbağı Əhmədov ötən gün saat 13:30 radələrində  Nərimanov rayonu, Faiq Yusubov küçəsi 45 C, mənzil 61 ünvanında özünü asaraq intihar edib.
 
 M.Əhmədovun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Mərhumun hansısa xəstəlikdən əziyyət çəkib-çəkmədiyi müstəntiq tərəfindən araşdırılır. 
 
 Faktla bağlı AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: