500 min avroluq yumurta oğurlandı
01 İyun 2010 Çərşənbə Axşamı 21:45
“Faberje yumurtası”nı seyf qarışıq aparıblar.
Avstriyanın paytaxtı Vyana şəhərində şəxsi kolleksiyada saxlanılan qiyməti “pasxa yumurtası” oğurlanıb. The Austrain Times nəşrinin yazdığına görə, Karla Fabergenin əl işi olan 500 min avroluq zərgərlik nümunəsi saxlanıldığı seyflə bərabər oğurlanıb.
“Faberge yumurtası” ilə yanaşı yaşlı cütlüyün kolleksiyasında olan digər qiymətli əşyalar da yoxa çıxıb. Kolleksiyaçı 68 yaşlı Karl.K evlərinin oğrular tərəfindən sanki döyüş meydanına çevirildiyini və bütün əşyalarının alt-üst edildiyini bildirib. Yaşlı cütlüyün uzun illər boyu yığdığı əntiq əşyalar, qədim sikkələrin hamısı oğrular tərəfindən aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: