Hadisə

4 yaşlı qız şirin pəncəsi altına düşüb

Bir neçə saniyədə ağır yaralanan qızın vəziyyəti ağırdır.

· Xəbərçi
4 yaşlı qız şirin pəncəsi altına düşüb
Rusiyanın Tambov şəhərindəki zooparkda 4 yaşlı qızcığaz yırtıcının hücumuna məruz qalıb. Balaca qız bir neçə saniyəlik şirin pəncəsinə düşüb.

Zooparkın əməkdaşları yaralı qızcığazı qısa zamanda heyvanın pəncəsindən qurtara biliblər. Boynunda və əlində dərin çapıqlar olan qız xəstəxanaya çatdırılıb. Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyəti ağırdır. ANSPRESS

Şərhlər