2 uşaq anası özünü darvazadan asıb
08 İyul 2010 Cümə Axşamı 10:55
Bakıda mağazadan qayıdan azyaşlılar analarını asılmış vəziyyətdə tapdılar.
Bakının Səbail rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Badamdar qəsəbəsində 36 yaşlı Elza Kərimova özünü yaşadığı evin həyətində asıb. Mərhumun meyiti evin dəmir darvazasından asılmış vəziyyətdə aşkarlanıb.
Hadisə isə dünən saat 13 radələrində ailə üzvlərinin evdə olmadığı vaxt baş verib. E.Kərimova həyat yoldaşının uşaqları ilə mağzaya getməsindən istifadə edərək özünü asıb.
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun özünü dəfələrlə öldürməyə cəhd etdiyi bildirilir. Əsəbi olan E.Kərimova 2 azyaşlı uşağına qarşı da çox aqressiv olub. Hətta bir neçə dəfə onları boğmaq istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: