Hadisə

17 yaşlı oğlan özünü asdı

Hadisənin səbəbi araşdırılır

· Xəbərçi
17 yaşlı oğlan özünü asdı
Azərbaycanın Saatlı rayonunda intihar hadisəsi baş verib. Bu barədə Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Bəylər kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Alim Səmədov yaşadığı evin həyətində özünü asıb. Mərhumun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Saatlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər