Yeni Zellandiyada 15 yaşlı yeniyetmə 16-cı mərtəbədən yıxılıb. Hadisə Oklend şəhərində baş verib. "New Zealand Herald" qəzetinin məlumatına görə, yeniyetmə hündürmərtəbədən yıxılarkən aşağıdakı qarajlardan birinin dəmirdən olan damını qıraraq beton döşəməyə çırpılıb. Ümumilikdə isə o, 40-50 metr hündürlükdən yerə düşüb. Şahidlərin sözlərinə görə, yerə çaxılmanın səsi o qədər güclü olub ki, onlar əvvəlcə avtomobil qəzasının baş verdiyini düşünüblər.
Yeniyetmə qabırğaların, biləyin sınığı, ayağında və daxli orqanlarında əzilmələr, yaralar ilə xəstəxanaya çatdırılıb. Həkimlər oğlanın bu qədər hündürlükdən düşməsini və sağ qalmasını möcüzə adlandırıblar.
Hadisənin necə baş verdiyi hələlik bilinmir. ANSPRESS
16-cı mərtəbədən düşən oğlan sağ qaldı
Hadisə Yeni zellandiyada baş verib.




Şərhlər