10 il axtarışda olan azərbaycanlı qadın həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olan AR CM-nin 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Səadət Hüseynova Qazaxıstanın Aktau şəhərində tutulub.
S. Hüseynovanın ölkəmizə ekstradisiyası üçün tədbirlər görülür. ANSPRESS
10 il axtarışda olan azərbaycanlı qadın tutuldu
Azərbaycanlı qadın qəsdən adam öldürmə maddəsi ilə axtarışda olub.




Şərhlər