1 aylıq uşağı olan ana özünü asıb
20 İyul 2010 Çərşənbə Axşamı 11:05
1 aylıq uşağı olan ana özünü asıb. Hadisənin səbəbi araşdırılır.
Azərbaycanın Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Taynaq kənd sakini, 32 yaşlı Şəfiqə Bəbiş qızı Rüstəmova iyulun 19-u saat 15.30 radələrində həyətlərindəki mal tövləsində özünü asaraq intihar edib.

Hadisənin nə səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı rayon Prokurorluğunda AR CM-nin 125-ci(Özünü öldürmə həddinə çadırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bir azyaşlı uşaq anası olan Ş. Rüstəmova bir ay əvvəl ikinci uşağını da dünyaya gətirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar