Ziya Məmmədov Koreyada keçiriləcək konqresdə iştirak edəcək
01 Sentyabr 2010 Çərşənbə 12:05
Cənubi Koreyanın Busan şəhərində Dünya İntellektual Nəqliyyat Sistemləri Konqresi keçiriləcək.
Bu il 25-29 oktyabr tarixlərində Cənubi Koreya Respublikasının Busan şəhərində Dünya İntellektual Nəqliyyat Sistemləri Konqresi keçiriləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu beynəlxalq tədbirdə dünyanın inkişaf etmiş ölkələrində mövcud olan intellektual idarəetmə sistemlərinin təcrübəsi nəzərdən keçiriləcək, yeni texnologiyaların tətbiqi müzakirə olunacaq.

Konqresdə ölkəmizi nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Yaxın vaxtlarda Azərbaycanda da nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sisteminin tətbiq olunacağını nəzərə alsaq, konqresin ölkəmiz üçün çox faydalı və əhəmiyyətli bir tədbir olduğu aydın olar.

Qeyd edək ki, Bakı şəhərində bu sistem Koreyanın Seul şəhərinin təcrübəsi əsasında ən son texnologiyaların tətbiqi ilə reallaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar