Ermənilər cəbhədə yenidən pozuntuya yol verib. Erməni qüvvələri mövqelərimizə soxulmağa cəhd edib
Fevralın 24-dən 25-ə keçən gecə Ermənilər cəbhə boyu təxribatlar törətmək məqsədilə
müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, qoşunlarımız tərəfindən qarşı tərəfin müdafiəmizin dərinliyinə irəliləməsinin
qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ
keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş
toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən
hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Şəhidlərimiz var.
Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə
nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.