Zəvvarların Həcc ziyarəti asanlaşdırılacaq
16 Aprel 2011 Şənbə 21:52
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bunları yerində öyrənmək üçün müqəddəs torpağa yollanıb.
Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvərlarımızın ziyarət zamanı problemlərinin yaranmamsı üçün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə müqəddəs torpağa yollanıb. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına yollanıb. Yola düşməzdən əvvəl hava limanında şeyxlə görüşüb, onun səfərinin məqsədini soruşduq.
Şeyx bildirdi ki, Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin təşəbbüsü ilə həyata keçən səfərdə məqsəd Azərbaycandan Həccə gedəcək zəvvarlar üçün yaradılacaq şəraiti qabaqcadan müzakirə etməkdir: “Bütün bunlar hamısı səfər çəçrivəsində araşdırılacaq. Bu səfərin məqsədi zəvvarların müalicəsi, xəstəxanaları, qulluqları, yeməklərinin səviyyəsini yerində öyrənməkdir. Onlara o şəraitdə hansı yemək verilməlidir, hətta istiliyin nə qədər ola bilər deyə, yerində araşdırılacaq”.
Bütün Qafqazın şeyxi deyir ki, bəzən bizim zəvvarlarlar Həcc ziyarətindən qayıtdıqda gecikmələrlə üzləşirlər. Belə ki, Səudiyyə Ərəbistanının qanununa görə, hər bir insan Həcc dövründə uçuşa 8-12 saat qalmış təyyarə meydanında olmalıdır. Bəzən isə bu müddət 14 saata qədər uzana bilər. Bizim zəvvarlar isə bütün bunlardan narahat olub təyyarənin olmadığından şikayətlənirlər.
Şeyxin sözlərinə görə, bunlar texniki məsələlrdir və Səudiyyə Ərəbistanının hökuməti bütün məsələlərin həlli istiqamətində işlər görür: “Bu il də yenilik ondan ibarətdir ki, əsas çətin yerlərdən biri olan Məkkədən Kəbəyə, Məkkədən isə Mina dağı və Ərəfata gediş-gəliş metro və qatarla olacaq. Gələcəkdə Mədinəyə də gediş-gəlişlər qatarla olmalıdır. Müəyyən qədər bu vəziyyəti yüngülləşdirir və bəzi hadisələrin olmamasına gətirib çıxarır. Yəni onlar yaxşılığa tərəf çalışırlar”.
Qeyd edək ki, hər il 5-6 milyon insan Həcc ziyarətinə gedir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: