Zəlzələ neftin qiymətini "öldürür"
15 Mart 2011 Çərşənbə Axşamı 17:15
Dünya birjalarında "qara qızıl"ın qiyməti yenə ucuzlaşıb
Bu gün xammal bazarlarında neftin qiyməti ucuzlaşıb. Nyu-Yorkun WTI (Light Sweet Crude Oil) elektron satış birjasında “qara qızıl”ın bir barelinin aprel ayına olan fyuçerslərinin qiyməti 3,39 dollar və ya 3,35% düşərək 97,8 dollara, Londonda “Brent” markalı neftin 1 barelinin aprel fyuçerslərinin qiyməti 3,85 dollar və ya 3,39% ucuzlaşaraq 97,8 dollara satılıb.

Beynəlxalq Energetika Agentliyinin analitiki Devis Fayf neftin qiymətindəki ucuzlaşmanı Yaponiyadakı zəlzələ ilə əlaqəli olduğunu deyir. Ekspert hesab edir ki, Yaponiyada təbii fəlakət nəticəsində ölkədə neftin istehlakı azalıb.

Xatırladaq ki, martın 11-də Yaponiyada 9 bal gücündə baş verən zəlzələ bütün sənaye müəssisələri, eləcə də nəqliyyat infrastrukturunun fəaliyyətini iflic edib. Ölkəyə 183 milyard dollar həcmində ziyan dəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar