Zəfər Çağlayan: “Türkiyə Azərbaycandan viza rejiminin ləğvini gözləyir”
28 Oktyabr 2010 Cümə Axşamı 02:05
Zəfər Çağlayan: “Biz bu təşəbbüsü həm siyasi, həm də ticari nöqteyi-nəzərdən dəstəkləyirik”.
Türkiyə Azərbaycandan türkiyəli iş adamları üçün viza rejiminin lətvini gözləyir. Bunu Naxçıvanda Türkiyənin dövlət naziri Zəfər Çağlşayan bəyan edib. “Mən ümid etməyi dayandırmıram. Biz bu təşəbbüsü həm siyasi, həm də ticari nöqteyi-nəzərdən dəstəkləyirik”-deyə dövlət naziri bildirib.
Zəfər Çağlayanın sözlərinə görə, Türkiyə hökuməti Azərbaycanla sərhəddə azad zonanın yaradılmasına çalışır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: