Zakir Qaralov əsgər Ceyhun Qubadovun anasını qəbul edib
11 Yanvar 2013 Cümə 14:48
Samirə Qubadova: “Hadisə ilə bağlı iki nəfər tutulub”
Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər həbs olunub. Bu barədə APA-ya mərhum əsgərin anası Samirə Qubadova məlumat verib. S.Qubadova baş prokuror Zakir Qaralovun bu gün onu qəbul etdiyini deyib: “Baş prokuror bildirdi ki, cinayət işi xüsusi nəzarət altında davam etdirilir”.
O qeyd edib ki, hadisə ilə bağlı şübhəli bilinən iki nəfər - bir əsgər və bir zabitin həbs edilməsi barədə də ona məlumat verilib.
DOSTLARINLA PAYLAŞ: