Zabitlərimizin minaya düşməsinin təfərrüatları məlum olub (VİDEO)
15 İyun 2012 Cümə 19:14
Hazırda hərbi hospitalda müalicə olunan Zahir Məmmədov ayıldıqdan sonra hadisənin necə baş verdiyini ANS-in əməkdaşına danışıb.
Ötən gün dünyasını dəyişən Azərbaycan ordusunun zabiti İlqar Verdiyev və digər zabit Zahir Məmmədovun minaya düşmələrinin təfərrüatları məlum olub. Belə ki, hazırda hərbi hospitalda müalicə olunan Zahir Məmmədov ayıldıqdan sonra hadisənin necə baş verdiyini danışıb.

Hadisə nəticəsində bir ayağı amputasiya olunan zabit ehtiyatda olan mayor, hərbi jurnalist və “Marş” proqramını aparıcısı Rahib Qəribə hadisəni belə təsvir edib:

“Minaya düşən zabitlərimizdən biri, mayor Zahir Məmmədov mənə zəng vurdu o, qeyd etdi ki, kapitan İlqar Verdiyev minalanmış sahədə onu çıxararkən deyil, hər ikisi də ayrı-ayrı sahələrdə minaya düşüblər. Zabitlərimizin ikisi də qəhrəmandır. Vəzifə borclarını, tapşırıqlarını yerinə yetirərkən, təəssüflər olsun ki, biri yaralanıb, o biri isə həlak olub. Allah rəhmət eləsin!”, deyə Rahib Qərib bildirib.

Xatırladaq ki, zabit İlqar Verdiyev iyunun 11-də təmas xəttinin Goranboy istiqamətində minaya düşüb. Hadisə zamanı yaralanan zabitin bir qolu amputasiya edilmişdi. Ötən gün isə o, müalicə edildiyi Mərkəzi Hərbi Hospitalda dünyasını dəyişib. Yaxınları onun öz peşə borcunu yerinə yetirərkən şəhid olduğundan onunla fəxr etdiklərini deyirlər.

Qeyd edək ki, İlqar Verdiyev Azərbaycanın Türkiyədə təhsil alan ilk zabitlərindən biri idi. O, 2008-ci ilədək Müdafiə Nazirliyinin Mətbuat Xidmətində çalışıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar