Yunanıstan prezidenti aprelin 4-də Azərbaycana rəsmi səfərə gələcək
30 Mart 2011 Çərşənbə 13:05
3 gün davam edəcək səfər prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşir.
Yunanıstan prezidenti Karolos Papulias aprelin 4-də Azərbaycana rəsmi səfərə gələcək.
APA-nın məlumatına görə, 3 gün davam edəcək səfər prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşir. Yunanıstan prezidentini səfərdə xarici işlər naziri Dimitrios Droutsas, dəniz işləri, adalar və balıqçılıq naziri Yannis Diamantidis, ətraf mühit, energetika və iqlim dəyişiklikləri nazirinin müavini İoannis Maniatis müşayiət edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: