Yunanıstan Daxili İşlər Nazirliyinin baş katibi Bakıda
17 Sentyabr 2009 Cümə Axşamı 03:40
Marqarutis Muzas Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirlərinin iclasında iştirak edəcək
Yunanıstan Daxili İşlər Nazirliyinin mülki müdafiə üzrə baş katibi Marqarutis Muzas bu gün Azərbaycana gələcək.
Yunanıstanın Azərbaycandakı səfirliyinin məlumatına görə, Marqarutis Muzas Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirlərinin sentyabrın 17-18-də Bakıda keçiriləcək iclasında iştirak edəcək.
DOSTLARINLA PAYLAŞ: