Yunan Kipri Ermənistanı dəstəkləyir
17 Yanvar 2011 Bazar Ertəsi 18:50
Dimitris Xristofyas Dağlıq Qarabağ məsələsində Ermənistanı dəstəklədiyini bildirib.
Məlum olduğu kimi Ermənistan prezidenti Serj Sarkisyan Kiprdə səfərdədir. Səfər zamanı o, Cənubi Kipr Respublikasının dövlət başçısı Dimitris Xristofyasla görüşüb. Görüşdən sonra tərəflər jurnalistər üçün mətbuat konfransı keçirib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, Dimitris Xristofyas iki ölkə arasında dost əlaqələrinin olduğunu vurğulayaraq Dağlıq Qarabağla bağlı məsələdə Ermənistanı dəstəklədiyini bildirib. "Kipr tərəfində olan ermənilər Kiprin olduqca fəal və yaradıcı bir parçasıdır", - deyə o vurğulayıb.

Hər iki prezident gələcəkdə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, Sarkisyan və Xristofyas açıqlamalarını rus dilində verib. ANSPRESS







DOSTLARINLA PAYLAŞ:

oyunlar