Yüksəl Dəyərcan TRT-nin Bakı təmsilçisi təyin olunub
07 Dekabr 2011 Çərşənbə 10:54
TRT-nin Bakı təmsilçisi vəzifəsinə Yüksəl Dəyərcan (Yüksel Değercan) təyin olunub.
TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən xəbərə görə, Y. Dəyərcan buna qədər bir neçə il TRT-nin Bakı müxbiri kimi fəaliyyət göstərib, bir müddət də təmsilçi vəzifəsini icra edib.
Y. Dəyərcan Bakıda çalışdığı müddətdə Azərbaycanın siyasi, sosial və iqtisadi həyatı, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti haqqında Türkiyə və dünya tamaşaçılarına yüzlərlə xəbər ötürüb, onlarla film hazırlayıb. Onun rəhbərliyi altında hazırlanan son film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub.
TRT-nin Bakı müxbiri vəzifəsinə isə Əmrah Yazıçı təyin olunub. Ə. Yazıçı yaxın günlərdə Azərbaycana gələrək vəzifəsinin icrasına başlayacaq.
DOSTLARINLA PAYLAŞ: