"Yubkalı şotlandlar"ın İçəri Şəhərdə yürüşü
24 Noyabr 2012 Şənbə 23:03
Şotlandiya milli musiqi ifaçıları Müqəddəs Endryu günü münasibəti ilə İçəri Şəhərdə yürüş keçiriblər
Bu gün Şotlandiya milli musiqi ifaçıları Müqəddəs Endryu günü münasibəti ilə İçəri Şəhərdə yürüş keçiriblər. ANS PRESS-in məlumatına görə, tədbir Bakı Kaledoniya Cəmiyyətinin təşkilatı ilə təşkil edilib.

Bayram tədbirində milli geyimlərində olan Şotlandiya tuluq zurnaçıları öz ifalarını Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra İçəri Şəhərin küçələrindən keçərək Qız Qalasının yanında yekunlaşdırıblar.

Qeyd edək ki, şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir.
























DOSTLARINLA PAYLAŞ:

oyunlar