Yol Polisi sürücülərə müraciət etdi
05 Sentyabr 2011 Bazar Ertəsi 20:29
Yol Polisi sürücülərə müraciət etdi. Bakı-Sumqayıt yolunda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar Sumqayıt istiqamətində müvəqqəti sıxlıq yaranıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Sumqayıt yolunda ekoloji postun qarşısında aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciət edib. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 9-cu km-də, DYP-nin ekoloji nəzarət postunun qarşısında yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti sıxlıq yaranıb.

Bunu nəzərə alaraq BDYPİ sürücülərdən həmin istiqamətə getmək üçün Biləcəri və Binəqədi qəsəbələrindən keçən alternativ yollardan istifadə etmələrini xahiş edir. Təmir-quraşdırma işlərinin bir həftə müddətində yekunlaşacağı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar