“Yer”də yeni okean meydana gəlir
26 İyun 2010 Şənbə 04:55
Alimlər bu prosesin 10 milyon il davam edəcəyini hesab edir.
Alimlər Afrika qitəsində yeni bir okeanın yaranacağını güman edirlər. ANS PRESS “BBC”-yə istinadən xəbər verir ki, 2005-ci ildə Efiopiyada açılmağa başlayan 60 km-lik yarğan getdikcə genişlənir. Tədqiqatçılar gələcəkdə Afrikanın bu yerdən iki hissəyə bölünəcəyini hesab edir. Bu proses isə təxminən 10 milyon il davam edəcək.
Geoloqlar Efiopiyanın ucqar yerində müşahidə etdikləri bu təbiət hadisəsi qarşısında heyrətə düşüblər. Planetdəki dəyişikliklərin milyonlarla il davam etdiyini bildirən alimlər Afrikada 5 ildə baş vermiş hadisənin elm dünyasını təəccübləndirəcək şəkildə göz görə-görə baş verdiyini bildirir.
Qeyd edək ki, 2005-ci ildə Afrikanın Efiopiya ölkəsində 10 gün ərzində 60 km uzunluqda və 8 metr enində yarğan açılıb.
Alimlər isə bu yarılmanın 10 milyon ildə Şərqi Afrikanı qitənin digər tərəfindən ayıracağını və meydana gələn boşluqda yeni bir okeanın yaranacağını hesab edir.
Tədqiqatçılar Afrikada həyata keçirilən bu araşdırmanın zəlzələlər və vulkanlar barədə də yeni məlumatlar verəcəyini ümid edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: