Yeni il hədiyyələrilə bağlı yoxlamalara başlanılacaq
05 Dekabr 2012 Çərşənbə 11:02
Yoxlamalar seçmə üsulla aparılacaq
Yeni il hədiyyələri ilə bağlı dekabrın 22-dən yoxlamalara başlanılacaq. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hər il hədiyyə verilən yerləri dəyişdirildiyi üçün yoxlamaların dəqiq harada keçiriləcəyi məlum deyil.

Yoxlamalar zamanı əsasən vaxtı keçmiş, insan sağlamlığı üçün təhlükə törədən ərzaq məhsulları, uşaqlar üçün hazırlanan hədiyyələr yoxlanılacaq. Yoxlamalar seçmə üsulla aparılacaq.

İmran Abdullayevin sözlərinə görə, yoxlama zamanı nöqsanlar aşkarlanarsa, həmin hədiyyələr dövriyyədən çıxarılacaq və onların satışına qadağa qoyulacaq. Həmçinin belə hala yol verən sahibkar, yaxud fiziki şəxs 200 manatdan 400 manata qədər cərimələnəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar