Yeni il bayramında Bakı-Tiflis turist qatarı xəttə buraxılacaq
21 Dekabr 2011 Çərşənbə 16:26
“Azərbaycan Dəmir Yolları” bayramlarla əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
“Azərbaycan Dəmir Yolları” QSC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin Mətbuat Katibliyindən ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də 668/667 saylı Bakı-Böyük Kəsik-Bakı və 616/615 saylı Bakı-Mingəçevir-Bakı “Ekspress” qatarları xəttə buraxılacaq.
Bundan əlavə, dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tiflis-Bakı turist qatarı təyin olunacaq.
Məlumata görə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək”.
DOSTLARINLA PAYLAŞ: