Yeni il bayramında Bakı-Tbilisi turist qatarı xəttə buraxılacaq
21 Dekabr 2011 Çərşənbə 11:38
Yeni il bayramında Bakı-Tbilisi turist qatarı xəttə buraxılacaq.
^Azərbaycan Dəmir Yolları» QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə «APA-Economics»ə QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədrinin müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də 668/667 saylı Bakı-Böyük Kəsik-Bakı və 616/615 saylı Bakı-Mingəçevir-Bakı «Ekspress» qatarları xəttə buraxılacaq.

Bundan başqa, dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin olunacaq: «Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək».


DOSTLARINLA PAYLAŞ:

oyunlar