Yəmən küçələrinə tank yeridilib
23 Fevral 2011 Çərşənbə 16:16
Toqquşmalar zamanı onlarla insan yaralanıb
Yəməndə vəziyyət gərgin olaraq qalır. Ölkədə prezident Əli Abdulla Salehi tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmalar zamanı iki nəfər ölüb, onlarla nümayişçi isə yaralanıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, hakimiyyət tərəfdarları Səna Dövlət Universiteti qarşısına toplaşan nümayişçilərə odlu silahdan atəş açıblar.

“Radio Svoboda”nın xəbərinə görə, polis universitet qarşısına toplaşanları dağıdan zaman ən azı bir nəfər həlak olub.

Həkimlərin məlumatına görə, dünən axşam nümayişçilərin düşərgəsinə hücum zamanı 11 nəfər yaralanıb. Yerli hüquq müdafiəçilərinin sözlərinə görə isə insident zamanı iki nəfər ölüb, 18 nəfər yaralanıb.

Qeyd edək ki, belə olan halda artıq iki həftədir Yəmən prezidenti Əli Abdullah Salehinin istefası tələbi ilə keçirilən nümayişlər zamanı ölənlərin sayı ən azı 12 nəfərə çatıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhərdən ölkənin cənub paytaxtı Ədən küçələrinə tank və zirehli texnika yeridilib.

Yerli mətbuatın məlumatına görə, Yəmənin bir sıra şəhərləri etiraz dalğasına bürünüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar