Yəmən dini liderləri müxalifətin tərəfinə keçdi
15 Aprel 2011 Cümə 16:40
Müxalifət isə istefa üçün prezident Əli Abdulla Salehə 2 həftə vaxt verib
Yəməndə dini liderlər də müxalifətin tərəfinə keçərək prezident Əli Abdulla Salehin istefasını tələb ediblər. Dini və tayfa liderləri nümayişçilərin tələblərini dəstəklədiklərini bəyan ediblər. Yəmənin paytaxtı Sənada imzalanmış yazılı bəyanatda dini liderlər dinc nümayişçilərin tələblərinin yerinə yetirilməsini, prezident və onun yaxın qohumlarının mühüm hərbi vəzifələrdən kənarlaşdırılmasını tələb edirlər.

Bu yaxınlarda Yəmən müxalifəti də Əli Abdulla Salehə ultimatum verərək, istefaya getməsi üçün ona 2 həftə möhlət qoyub.

Qeyd edəki ki, Yəməni 32 ildir idarə edən Salehə qarşı kütləvi nümayişlər artıq 3-cü aydır ki, davam edir. Bu gün də paytaxt Sənada cümə namazından sonra Salehin istefası tələbi ilə nümayiş keçirilir. Prezidentin əleyhdarları ilə yanaşı, tərəfdarları da küçələrə çıxaraq hökumətə dəstək nümayiş etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar