“Yekun sülh müqaviləsi imzalamağın zamanıdır”
31 May 2011 Çərşənbə Axşamı 15:18
Bu bəyanatla ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza çıxış edib
“Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsi və sülh müqaviləsi imzalamalarının vaxtı çatıb. Bu sözləri jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyibbildirib.
Səfir həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatına da münasibət bildirib.
“Bu bizim, o cümlədən 2 həmsədr ölkə prezidentlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində əllərindən gələni etdiklərini göstərən güclü bir bəyanatdır. Yəni prezidentimizin qeyd etdiyi kimi, artıq Azərbaycan və Ermənistan dövlət başçılarının bir araya gəlməsinin vaxtı çatib. Yekun sülh müqaviləsini imzalamağın zamanıdır. Baza prinsipləri hələ sülh razılaşması demək deyil. Amma yekun sülh razılaşmasının əsasını təşkil edəcək bir sənəddir. Azərbaycanda səfir olandan həmişə qeyd etmişəm ki, mənim üçünMinsk qrupunun fəaliyyətinə dəstək göstərməkdən vacib missiya yoxdur mənim üçün. Çünki münaqişə yalnız sülh yolu ilə öz həllini tapa bilər”, - deyə Metyu Brayza söyləyib.
DOSTLARINLA PAYLAŞ: