Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisindəki strateji əhəmiyyətli Yaycı postunun ermənilər tərəfindən tutulması barədə yayılan məlumatı təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə bildirib ki, sözügedən postun düşmən nəzarətinə keçməsi xəbəri yalan məlumatdır, məlumatın haradan götürüldüyü təəccüb doğurur. Onun sözlərinə görə, Şərur postuna ermənilər tərəfindən heç bir hücum olmayıb, post ələ keçirilməyib. E. Sabiroğlu qeyd edib ki, dəqiqləşdirilməmiş bu cür məlumatları yayıb ictimaiyyəti çaşqın vəziyyətə salmaq olmaz.
Qeyd edək ki, bu barədə məlumat "Musavat" qəzetinin 25.05.09 tarixli nömrəsində dərc edilib.
Anar Məmmədov /ANS PRESS/