Yaxın Şərqdə vəziyyət təhlükəlidir
14 Fevral 2010 Bazar 09:50
Rusiya vasitəçilərin görüşünü tələb edir
Rusiya Yaxın Şərq üzrə vasitəçi olan “dördlük”ün (ABŞ, Rusiya, BMT və Avropa Birliyi) təcili toplantısını keçirməyi təklif edir. Bu barədə jurnalistlərə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, regionda vəziyyət təhlükəlidir.

"Biz vəziyyətin müzakirə olunması üçün nazirlər səviyyəsində görüşün keçirilməsini təklif etmişik. Regionda vəziyyət kifayət qədər təhlükəlidir, təcili müzakirələr aparılmalıdır”,-deyə nazir bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar