Yaxın Şərqdə baş verənlərdə Buş günahkardır?
02 Fevral 2011 Çərşənbə 09:25
Rusiya Federasiya Şurasının rəsmisi Mixail Marqelov belə hesab edir.
Hazırda Yaxın Şərqin bir sıra ölkələrində yaranan böhran ABŞ-ın eks-prezidenti kiçik Corc Buşun ağılsız fəaliyyətinin nəticəsidir. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Mixail Marqelov belə hesab edir.

“Amerikalı həmkarlarla əksər danışıqlarda hələ bir neçə il əvvəl kiçik Corc Buş Administrasiyası dövründə başlamış düşüncəsiz demokratikləşdirmə siyasəti nəticəsində yaranmış böyük sistemli böhran yaşayan Misir, Suriya, İordaniya, Tunis, Əlcəzair və Yaxın Şərqin bütün digər ölkələri əsas müzakirə mövzusudur. Yaxın Şərqin arxaik rejimi demokratiyanı Qərbi Avropa nümunəsinə çevirmək iqtidarında deyil”, - deyə Marqelov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar