Yaxın günlərdə Bakı Metropolitenində sərnişin sıxlığı aradan qaldırılacaq .
Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulovun ANS PRESS-ə Metropolitendə gözlənilən yeniliklərdən danışıb
Yaxın günlərdə Bakı Metropolitenində sərnişin sıxlığı aradan qaldırılacaq. Bu da xəttlərin ayrılması ilə həyata keçiriləcək. Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulovun ANS PRESS-ə verdiyi məlumata görə, gələn il “28 may” stansiyasının rekonustruksiyası, yəni burada xəttlərin ayrılması gözlənilir. İndi “28 may” stansiyasından “Nizami” stansiyasına və “Sahil” stansiyasına gedir.
“Yeniləşmədən sonra “Xətai”, “Cabbarlı”, “Nizami”, “Gənclik”, “28 may”, “Sahil”, xəttləri bir-birindən ayrılacaq. Yəni, “Dərnəgül” stansiyasında gəlib çıxacaqsan “Nizami” stansiyasına, ordan çıxacaqsan “Xətai” stansiyasına. “İçərişəhər” stansiyasından birbaşa getmək olacaq “Həzi Aslanov” stansiyasına. Bu il layihə hazırlanır, gələn ildən işlərin təşkilinə başlanacaq”, - Arif Rəsulov bildirib.
Hazırda 9 obyektdə iş gedir. Yaşıl xəttin elektrik deposu, yəni Dərnəgül deposu. İkincisi Avtovağzal-Memar Əcəmi 2 sahəsi, uzunluğu 560 metr, eyni zamanda həmin bənövşəyi III xəttin Xocəhəsən deposunda tikinti işləri gedir.
“İlin sonuna təhvil vermək istəyirik “28 may” stansiyanın yaxınlığındakı metropolitenin texnoloji binasında tikinti işləri gedir. Bina hazır olandan sonra, bütün dispetçer məntəqələri həmin binaya köçürüləcək”. “Elmlər Akademiyası”nın ikinci çıxışının tikintisi gedir. Bu stansiyanın ikinci çıxışı 2014-cü ilin sonuna qədər başa çatacaq. “Həzi Aslanov 2” – “Köhnə Günəşli”, “Yeni Günəşli” sahəsində də işlərə başlanılıb. Burada artıq 250 metr tunel tikilib. “Xətai”-“Həzi Aslanov 2” sahəsinin tikintisini aparmaq üçün Ukraynanın “İnterbudmontaj” şirkəti ilə danışıqlar aparılır. Buranın uzunluğu 7 km-dir. Ümumi 53 stansiya olacaq”, - deyə Arif Rəsulov vurğuladı.
Metropolitendə qiymət məsələsinə gəlincə, metropoliten rəhbərliyi buna Taarif Şurasının baxdığını dedi. Birkartlı gediş sisteminin keçməsilə bağlı isə Arif Rəsulov deyir ki, bütün bunlar sadəcə danışılan sözdür: “Bizə hələlik heç kim rəsmi müraciət etməyib. Bizim sistem çox optimaldir, lazım gələrsə vahid kart sistemindən istifadə edilə bilər. Bizim tərəfimizdən heç bir problem yaranmaz”.
Bakı Metropolitenin rəsmisi deyir ki, əslində metropoliten günün 24 saatı işləyir. Yəni gecə saat 00:00-da metro sərnişinlər üçün bağlansa da, dəmir yolları yağlanır, qatarlar yoxlanılır, nasazlıqlar aradan qaldırılır, stansiyalar təmizlənir.
Arif Rəsulov metroda yaranan digər problemlər haqqında danışarkən qeyd etdi ki, məlumat lövhəsində stansiyaların yolda dəyişməsi insan faktoru ilə əlaqədar. “Yəni sərnişinin üzündən qrafik pozulur. Yəni yazılır ki, “İçərişəhər”, lakin yolda sərnişinlər qatarı saxlayırlar, qatar yubanır. Bununla da, bütün sistem yenidən əl ilə idarəetməyə keçir. Onda dispetçer, yaxud da maşinist də səhf edə bilər. Lakin sərnişinlər qatarı saxlamamalıdırlar”, - deyə Arif Rəsulov bildirdi.