Yaxın günlərdə Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir
22 Fevral 2012 Çərşənbə 12:00
Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, fevralın 23-də gündüz saatlarında Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir. Axşam yarımadanın bəzi yerlərində az yağıntı düşəcəyi ehtimalı var. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Fevralın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 23-də havanın əsasən gecə və axşam saatlarında bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.
Fevralın 24-də hava əsasən yağmursuz keçəcək, lakin fevralın 24-dən 25-nə keçən gecə və səhər bəzi şimal və şərq rayonlarında havanın çiskinli, az yağıntı olacağı ehtimalı var. Arabir duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: